Yuxarı

ATƏT-in fəaliyyətdə olan sədri bu həftə Cənubi Qafqaza səfər edəcək

Frank-Valter Ştaynmayer iyulun əvvəlində Gürcüstana gedəcək

Bakı. 27 iyun. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer iyunun 29-30-da Ermənistana ikigünlük səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer iyulun əvvəlində isə Gürcüstana səfər edəcək. Gürcüstan vətəndaşlarının Avropa İttifaqına üzv ölkələrə vizasız səyahət etməsi səfərin başlıca müzakirə mövzusu olacaq.

Xatırladaq ki, bir neçə ay əvvəl F.V.Ştaynmayerin cari ilin ortasında Cənub Qafqazın 3 ölkəsinə - Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyi barədə xəbər yayılmışdı. Onun Azərbaycan və Emənistana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin müzakirə edəcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi