​ATƏT Ermənistanı öhdəliklərə əməl etməyə çağırıb

​ATƏT Ermənistanı öhdəliklərə əməl etməyə çağırıb Mixael Georq Link: "Yerevanda etiraz aksiyası keçirənlərin haqqına hörmətlə yanaşılmalıdır"
Region
25 İyun , 2015 10:26
​ATƏT Ermənistanı öhdəliklərə əməl etməyə çağırıb

Bakı. 25 iyun. REPORT.AZ/ "ATƏT-in başqa iştirakçı dövlətləri kimi Ermənistan da dinc sərbəst toplaşmaq haqqını müdafiə və təşviq etməklə bağlı öhdəlik götürüb. Odur ki, Yerevanda etiraz aksiyası keçirənlərin haqqına hörmətlə yanaşılmalıdır".

"Report" ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, bunu ATƏT-in demokratik insitutlar və insan haqları üzrə bürosunun direktoru Mixael Georq Link bildirib.

O, rəsmi Yerevanı güc tətbiqindən, şübhəli həbslər, qərəzli mühakimələr etməkdən çəkinməyə çağırıb.

Xatırladaq ki, iyunun 19-dan Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir. Müxtəlif şəhər və rayonlarda minlərlə insan küçələrə çıxaraq hökumətin qərarına etirazını bildirir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zor tədbiq etməklə dağıdıb və 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Aksiya davam edir.

Son xəbərlər

Orphus sistemi