Yuxarı

​Atatürkün anım günü terror törətmək istəyən PKK-nın 3 silahlısı tutulub

Tutulan terrorçuların PKK düşərgələrində partlayıcılardan istifadə ilə bağlı təlimatlandırıldığı məlum olub

Bakı. 10 noyabr. REPORT.AZ/ Mustafa Kamal Atatürkün vəfatının 77-ci ildönümündə terror törətməyə cəhd edən PKK-nın 3 silahlısı tutulub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, İzmir əyaləti Milli Təhlükəsizlik və Terrora qarşı Müabirzə şöbələrinin keçirdiyi əməliyyat nəticəsində terrorçuların gizləndiyi ünvandan 17,5 kq plastik partlayıcı, 10 ədəd əl qumbarası aşkarlanaraq, götürülüb.

Xəbərdə bildirilib ki, onlar Türkiyə parlamentinə seçkiqabağı kampaniya zamanı da partlayış törətmək niyyətində olublar. Ancaq təhlükəsizlik tədbirləri görüldüyündən terrorçuların bu planı baş tutmayıb.

Tutulan terrorçuların PKK düşərgələrində partlayıcılardan istifadə ilə bağlı təlimatlandırıldığı məlum olub.

Onlardan birinin - İbrahim Atəş adlı terrorçunun Türkiyənin Diyarbəkir əyalətində terror törətmək üçün təlimat aldığı bildirilib. Bunun üçün o, dəfələrlə həmin bölgədə olub.

Hazırda saxlanılanların ifadəsi alınır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi