​Atatürk Hava Limanında baş vermiş terror aktı ilə əlaqədar etiraz aksiyası keçirilib

​Atatürk Hava Limanında baş vermiş terror aktı ilə əlaqədar etiraz aksiyası keçirilib Aksiya İstanbulun ən böyük xəstəxanalarından birində baş tutub
Region
1 İyul , 2016 05:17
​Atatürk Hava Limanında baş vermiş terror aktı ilə əlaqədar etiraz aksiyası keçirilib

İstanbul. 1 iyul. REPORT.AZ/ İstanbulun ən böyük xəstəxanalarından birində Atatürk Beynəlxalq Hava Limanında baş vermiş terror aktı ilə əlaqədar etiraz aksiyası keçirilib.

"Report"un Türkiyə bürosunun məlumatına görə, hadisə zamanı yaralananların böyük əksəriyyətinin yerləşdirildiyi Çapa Dövlət Xəstəxanasının bir qrup tibb personalı, yaralıların qohumları son zamanlar Türkiyənin müxtəlif bölgələrində ardarda baş verən 10 qanlı terror hadisəsini şiddətlə qınayıblar.

Aksiya zamanı “Yetər artıq, günahsız insanların qanı axıdılmasın!”, “İnsan qətliamlarına son qoyulsun!”, “Türkiyənin terror burulğanına çevrilməsinə yol verməyəcəyik!” kimi şüarlar səsləndirilib. Etirazçılar, həmçinin ölkə rəhbərliyindən cinayətin pərdə arxasındakı qüvvələrin təcili araşdırılmasını, insanların həyatını təhlükəyə atan qanlı hadisələrin bir daha təkrarlanmaması istiqamətində mübarizə və müdafiə tədbirlərinin gücləndirilməsini tələb ediblər. Onlar düşüncə quruluşlarını, qeyri-hökumət təşkilatlarını və ölkə əhalisini bu bəladan qurtulmaq üçün səfərbər olmağa, güc birliyi ilə terrora qarşı mübarizəyə səsləyiblər.

Aprelin 28-də İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş verən terror aktında 42 nəfər ölüb, 239 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi