​Astanada "Xəzəryanı beşliy"in fəaliyyətinə dair videokörpü olacaq

​Astanada "Xəzəryanı beşliy"in fəaliyyətinə dair videokörpü olacaq Videokörpü "RİA Novosti"nin Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq
Region
27 Fevral , 2015 08:53
​Astanada Xəzəryanı beşliyin fəaliyyətinə dair videokörpü olacaq

Bakı. 27 fevral. REPORT.AZ/ Martın 2-də Bakı vaxtı ilə saat 13:00-da Astanada "RİA Novosti"nin Beynəlxalq Mətbuat Mərkəzində "Xəzər əməkdaşlığı: cari layihələr və qarşılıqlı fəaliyyətin yeni üfüqləri" mövzusuna həsr olunan Moskva-Astana-Bakı videokörpüsü olacaq.

"Report" "Novosti-Kazaxstan"a istinadən xəbər verir ki, martın 5-də isə Bakıda Xəzər məsələləri üzrə Xüsusi işçi qrupun görüşü keçiriləcək.

Görüşdə Xəzəryanı dövlətlər arasında iqtisadi əməkdaşlıq haqqında saziş layihəsinin hazırlanması, Türkmənistan prezidenti tərəfindən irəli sürülmüş daimi əsasda fəaliyyət göstərən Xəzər İqtisadi Forumunun yaradılmasına dair təşəbbüs, həmçinin Xəzər dənizində nəqliyyat sahəsində əməkdaşlığa dair saziş layihəsi nəzərdən keçiriləcək.

Ekspertlər Xəzəryanı beşliyin istiqamətlərin geniş dairəsi üzrə qarşılıqlı fəaliyyəti, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və yeni layihələrin reallaşdırılma perspektivləri, həmçinin Xəzər regionu üçün yalnız ümumi səy nəticəsində minimuma endirilə bilən təhlükəsizlik çağırışları və təhlükələr barədə danışacaqlar.

Moskvada tədbirdə iştirak edəcəklər:

- Xəzər Əməkdaşlıq İnstitutunun direktoru Sergey Mixeyev;

- Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Stanislav Pritçin.

Astanada:

- Qazaxıstan Humanitar-Hüquq Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər kafedrasının müdiri Miras Daulenov.

Bakıda:

- Xəzər Araşdırmalar Mərkəzinin rəhbəri Çingiz İsmayılov.

Son xəbərlər

Orphus sistemi