Suriya böhranı üzrə Astana formatının növbəti görüşünün tarixi açıqlanıb

Suriya böhranı üzrə Astana formatının növbəti görüşünün tarixi açıqlanıb Suriyaya dair Astana formatının növbəti görüşü bu il dekabrın 10-11-də Nur-Sultan şəhərində keçiriləcək.
Region
22 Noyabr , 2019 13:30
Suriya böhranı üzrə Astana formatının növbəti görüşünün tarixi açıqlanıb
РИА Новости

Suriyaya dair Astana formatının növbəti görüşü bu il dekabrın 10-11-də Nur-Sultan şəhərində keçiriləcək.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi jurnalistlərə bildirib.

Nazir danışıqların gündəminə dair təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, Astana formatı Türkiyə, İran, Rusiyanın iştirakı ilə Suriya böhranının sülh yolu ilə həllinə dair danışıqlar formatıdır.

Son xəbərlər

Orphus sistemi