Yuxarı

Aşqabadın yeni hava limanı Ginnesin Rekordlar Kitabına düşüb

Aeroportun dəyəri 2 milyard dollardır

Bakı. 17 sentyabr. REPORT.AZ/ Türkmənistanın paytaxtı Aşqabadda dəyəri iki milyard dollardan artıq olan yeni beynəlxalq hava limanının açılışı olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, üç terminalı olan hava limanının sərnişin buraxma gücü saatda təxminən 2000 sərnişinə bərabərdir. Aeroport istənilən növ və yükqaldırma qabiliyyətinə malik təyyarə qəbul edə və beynəlxalq standartlara cavab verən xidmət təmin edə bilər.

Hava limanının açılış mərasimində ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov da iştirak edib. Dövlət başçısı bildirib ki, ən son aeronaviqasiya texnikası və texnologiyası ilə təchiz olunmuş yeni hava limanı qitədaxili və qitələrarası ticari-iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.

Aşqabadın yeni hava limanı açılış mərasimində əsas sərnişin terminalının tavanında dünyanın ən böyük xalça gelinin (ornament) memarlıq rəsminin təsvir edilməsi səbəbilə Ginnesin Rekordlar Kitabına düşdüyünə görə, sertifikat alıb. Bu ornamentin sahəsi 705 kvadratmetrdir.

Qeyd edək ki, Türkmənistanın paytaxtındakı yeni hava limanını Türkiyə şirkəti inşa edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi