Yuxarı
    Bağlamaq

    Aşqabadda yeni tədris ili iyulun 1-də başlaycaq

    Türkmənistan paytaxtında keçiriləcək V Asiya oyunları tədris ilinin vaxtının dəyişməsinə səbəb olub

    Bakı. 29 mart. REPORT.AZ/ Türkmənistan paytaxtı Aşqabadda 2017-2018 yeni tədris ili iyulun 1-də başlayacaq.

    “Report” “CA-NEWS”a istinadən xəbər verir ki, bunu Türkmənistan Təhsil Nazirliyinin əməkdaşı bildirib.

    Onun sözlərinə görə, cari tədris ilinin nəzərdə tutulduğundan daha tez başa vurulması planlaşdırılıb.

    “Yeni tədris ili sentyabrın 1-də deyil, iyulun 1-də başlayacaq. Birinci rüb avqustun sonunda bitəcək. Sonra şagirdlər yenidən tətilə buraxılacaq. İkinci rüb oktyabrda başlayacaq”, - deyə nazirliyin əməkdaşı bildirib.

    Onun sözlərinə görə, tədris ilinin vaxtının dəyişdirilməsi “Aziada-2017” idman oyunlarının ölkə paytaxtında keçirilməsi ilə bağlıdır: “Bu tədbirə paytaxt məktəblərinin çoxlu sayda müəllim və şagirdləri cəlb ediliblər”.

    Nazirlik əməkdaşı bildirib ki, tədris ilinin tarixinin dəyişdirilməsi haqqında qərar apreldə Aşqabada məktəblərə təqdim ediləcək.

    İnformasiyaya əsasən, orta məktəb müəllimlərinin məzuniyyət müddəti də 45 gündən 30 günədək ixtisar olunacaq.

    Rəsmi məlumatlarda bildirilib ki, bu idman oyunları üçün tikilən olimpiya kompleksinə 5 milyard dollar, yeni hava limanının tikintisinə isə 2 milyard dollar məbləğində maliyyə vəsaiti xərclənib.

    V Asiya oyunları sentyabrın 17-də başlayacaq və 27-də başa çatacaq. “Aziada-2017” oyunları 21 idman növü üzrə keçiriləcək. Bu tədbirdə 60-dan çox ölkənin iştirakı gözlənilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi