Aşqabadda Xəzər dənizində xilasetmə işləri barədə saziş müzakirə edilir

Aşqabadda Xəzər dənizində xilasetmə işləri barədə saziş müzakirə edilir Aşqabadda Xəzər dənizində axtarış-xilasetmə işlərinin həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin müzakirəsi və razılaşdırılması üzrə Xəzəryanı ölkələrin nümayəndələrinin ilk iclası işə başlayıb.
Region
12 Mart , 2019 10:27
Aşqabadda Xəzər dənizində xilasetmə işləri barədə saziş müzakirə edilir

Aşqabadda Xəzər dənizində axtarış-xilasetmə işlərinin həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin müzakirəsi və razılaşdırılması üzrə Xəzəryanı ölkələrin nümayəndələrinin ilk iclası işə başlayıb.

Bu barədə "Report" "Neytral Türkmənistan" qəzetinə istinadən məlumat verir.

Qeyd olunur ki, Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və Rusiyadan olan mütəxəssislərin ikigünlük iclası Türkmənistan Xarici İşlər Nazirliyi və adıçəkilən respublikanın Prezident yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsi tərəfindən təşkil olunub.

"Xəzər beşliy"inin təmsilçiləri Xəzər dənizində təbii və texnogen xarakterli fövqəladə vəziyyətlər halında axtarış-xilasetmə əməliyyatları zamanı sahilyanı ölkələrin müvafiq qurumları arasında qarşılıqlı əlaqə prinsiplərini müzakirə edirlər.

Son xəbərlər

Orphus sistemi