Bakı. 28 aprel. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) xüsusi komissiyası qurumun başçısı Pedro Aqramuntun tutduğu vəzifədən uzaqlaşdırılması ilə bağlı proseduru həyata keçirməyə başlayıb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu assambleya sədrinin müavini Georgi Loqvinski bildirib.
Onun sözlərinə görə, AŞPA Pedro Aqramuntun bəyanatını gözləyir və bununla bağlı istənilən vaxt iclas keçirməyə hazırdır: "AŞPA-nın bürosu Aqramunta etimadsızılıq göstərib və ona qurumun adından danışmağı qadağan edib”.