AŞPA sədrinin vəzifədən uzaqlaşdırılması ilə bağlı prosedur başlayıb

AŞPA sədrinin vəzifədən uzaqlaşdırılması ilə bağlı prosedur başlayıb Georgi Loqvinski: “AŞPA Pedro Aqramuntun bəyanatını gözləyir və bununla bağlı istənilən vaxt iclas keçirməyə hazırdır”
Region
28 Aprel , 2017 14:27
AŞPA sədrinin vəzifədən uzaqlaşdırılması ilə bağlı prosedur başlayıb

Bakı. 28 aprel. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) xüsusi komissiyası qurumun başçısı Pedro Aqramuntun tutduğu vəzifədən uzaqlaşdırılması ilə bağlı proseduru həyata keçirməyə başlayıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu assambleya sədrinin müavini Georgi Loqvinski bildirib.

Onun sözlərinə görə, AŞPA Pedro Aqramuntun bəyanatını gözləyir və bununla bağlı istənilən vaxt iclas keçirməyə hazırdır: "AŞPA-nın bürosu Aqramunta etimadsızılıq göstərib və ona qurumun adından danışmağı qadağan edib”. 

Son xəbərlər

Orphus sistemi