Yuxarı

AŞPA prezidenti Türkiyəyə rəsmi səfər edəcək

Ann Brasser Ankara və İstanbulda görüşlər keçirəcək, suriyalı qaçqınlar üçün salınan düşərgəyə baş çəkəcək

Bakı. 2 aprel. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brasser aprelin 7-10-da Türkiyəyə rəsmi səfər edəcək. 

"Report" AŞPA mətbuat xidmətinə istinadən xəbər verir ki, Ankarada A.Brasser prezident, baş nazir, xarici işlər naziri və Aİ məsələləri üzrə nazir, həmçinin Konstitusiya Məhkəməsinin sədri və Türkiyənin müxtəlif siyasi partiyalarının nümayəndələri ilə görüşməyi, Bilkənd Universitetinin tələbələri qarşısında çıxış etməyi planlaşdırır. 

İstanbulda AŞPA prezidenti dini liderlərlə görüşəcək. A.Brasser Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilisdəki suriyalı qaçqınlar üçün salınan düşərgəyə də baş çəkəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi