Bakı. 9 aprel. REPORT.AZ/
"Report" AŞPA mətbuat xidmətinə istinadən xəbər verir ki, İrəvanda А.Brasser Ermənistan prezidenti, XİN rəhbəri, parlamentin spikeri, Ermənistanın AŞPA-dakı nümayəndə heyəti, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. AŞPA prezidenti həmçinin İrəvan Dövlət Universitetinin tələbələri qarşısında da çıxış edəcək.