Ermənistan baş nazirinin keçmiş müavininin ölkədən qaçmasının qarşısı alınıb

Ermənistan baş nazirinin keçmiş müavininin ölkədən qaçmasının qarşısı alınıb Ermənistan baş nazirinin keçmiş müavini Armen Gevorkyana ölkəsini tərk etməyə icazə verilməyib.
Region
20 İyun , 2019 16:21
Ermənistan baş nazirinin keçmiş müavininin ölkədən qaçmasının qarşısı alınıb

Ermənistan baş nazirinin keçmiş müavini Armen Gevorkyana ölkəsini tərk etməyə icazə verilməyib.

“Report” RUSARMİNFO-ya istinadən xəbər verir ki, məlumatı “Jamanak” qəzeti yayıb.

“Gevorkyan hava limanı əməkdaşlarına ölkəni tərk etmək hüququnun olmasına dair məhkəmə qərarını təqdim etsə də, ona təyyarəyə minməyə icazə verilməyib”, - deyə qəzet vurğulayıb.

Hava limanının əməkdaşları baş nazirin keçmiş müavininə ölkəni tərk etməsini qadağan edib və bu halda məhkəmə qərarı qüvvədən düşür.

Qeyd edək ki, Armen Gevorkyan korrupsiya və konstitusiya quruluşunun devirilməsində ittiham olunur

Son xəbərlər

Orphus sistemi