Armen Ciqarxanyanın teatrında axtarış aparılıb

Armen Ciqarxanyanın teatrında axtarış aparılıb Teatrın maliyyə sənədləri müsadirə olunub
Region
26 Oktyabr , 2017 15:25
Armen Ciqarxanyanın teatrında axtarış aparılıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Rusiyanın müvafiq qurumları Armen Ciqarxanyan adına Moskva Dram Teatrında axtarış aparıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, teatrın mühasibatlığında yoxlama aparılıb, maliyyə sənədləri müsadirə olunub.

Bir müddət əvvəl Ciqarxanyanın həyat yoldaşı Vitalina Tsımbalyuk–Romanovskayanın təmsilçisi Elin Mazur bildirmişdi ki, A.Ciqarxanyanın teatrını ermənilər ələ keçirib.

Qeyd edək ki, A.Ciqarxanyan həyat yoldaşını fırıldaqda və pul oğurluğunda ittiham edir. 

Son xəbərlər

Orphus sistemi