Araz Ağalarovun şirkətinin müflis olmasının tanınması barədə iddia qaldırılıb

Araz Ağalarovun şirkətinin müflis olmasının tanınması barədə iddia qaldırılıb Mübahisə "Crocus Group" şirkətinin APEC sammiti üçün tikdiyi obyektlərin dəyərinin müəyyənləşdirilməsindəki fikir ayrılığından irəli gəlib
Region
12 Avqust , 2016 14:12
Araz Ağalarovun şirkətinin müflis olmasının tanınması barədə iddia qaldırılıb

Bakı. 12 avqust. REPORT.AZ/ Rusiyada "Kron" MMC Moskva vilayəti Arbitraj Məhkəməsinə biznesmen Araz Ağalarovun başçısı olduğu "Crocus Group"a daxil olan "Crocus International" SC-nin müflis olmasının tanınması barədə ərizə ilə müraciət edib.

"Report" PARSİ agentliyinə istinadən xəbər verir ki, müflisləşməklə bağlı iddianın baxılacağı tarix müəyyən edilməyib.

Mübahisə "Crocus Group" şirkətinin federal hökumətin sifarişi əsasında Asiya-Sakit okean İqtisadi Tərəfdaşlıq (APEC) sammiti üçün tikdiyi və Vladivostokda yerləşən Uzaq Şərq Federal Universitetinin obyektlərinin - sahilyanı, gəmilərin lövbər salması üçün ərazilər, süni göl, şəlalə, ümumi sahəsi 5 min kvadratmetrdən çox olan idman-sağlamlıq kompleksinin (D korpusu) dəyərinin müəyyənləşdirilməsindəki fikir ayrılığından irəli gəlib. İddiaçının - layihənin baş podratçısı sifarişçinin ona çatacaq məbləği tam ödəmədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi