Araşdırma: Ermənistanda anadan olanların dörddə biri hazırda xaricdə yaşayır

Araşdırma: Ermənistanda anadan olanların dörddə biri hazırda xaricdə yaşayır Hindistanda orada anadan olub, amma hazırda başqa ölkələrin vətəndaşı olan insanların sayı baxımından mütləq liderdir
Region
21 Dekabr , 2016 12:56
Araşdırma: Ermənistanda anadan olanların dörddə biri hazırda xaricdə yaşayır

Bakı. 21 dekabr. REPORT.AZ/ Ermənistanda anadan olanların dörddə biri hazırda xaricdə yaşayır.

"Report" xəbər verir ki, bu məlumatlar "Pew Research Center" mərkəzinin araşdırması əsasında müəyyən edilib.

Araşdırmada Birləşmiş Millətlər Təşkilatının 2015-ci il üçün məlumatlarından istifadə olunub.

Araşdırmanın nəticələrinə görə, 9 ölkə əhalisinin beşdə birini və ya daha çox hissəsini itirib. Belə ki, Bosniya və Herseqovinada doğulanların üçdə biri hazırda ölkə xaricində yaşayır, Albaniya və Yamaykada dünyaya gələnlərin isə 28%-i ölkədən ayrılıb.

Məlumata görə, Qazaxıstan, Suriya, Trinidad və Tobaqo, Makedoniya və Portuqaliyanın hər beş nəfərindən biri başqa ölkələrdə yaşayır.

Bu və ya digər ölkədə anadan olub, amma hazırda başqa ölkələrin vətəndaşı olan insanların sayı baxımından ilk beşlikdə Hindistan (15,6 milyon nəfər) mütləq liderdir. Sonrakı yerlərdə Meksika (12,3 milyon), Rusiya (10,6 milyon), Çin (9,6 milyon) və Banqladeş (7,2 milyon) qərarlaşıb.

Qeyd edək ki, Ermənistan əhalisi durmadan azalır və bu gün 2,993 milyon nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi