Aprelin 24-də ​İstanbuldan Yerevana uçuş olmayacaq

Aprelin 24-də ​İstanbuldan Yerevana uçuş olmayacaq Həftədə İstanbulla Yerevan arasında 4 dəfə uçuş həyata keçirilir
Region
21 Aprel , 2015 12:13
Aprelin 24-də ​İstanbuldan Yerevana uçuş olmayacaq

Bakı. 21 aprel. REPORT.AZ/ Aprelin 24-də İstanbuldan Yerevana uçacaq təyyarə reysi təxirə salınıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan hökuməti yanında Mülkü Aviasiya Baş İdarəsinin mətbuat katibi Ruben Qrdzelyan bildirib. Onun sözlərinə görə, təyyarə reysini Türkiyə tərəfi təxirə salıb. 

Xatırladaq ki, həftədə İstanbulla Yerevan arasında 4 dəfə, Antalya ilə Yerevan arasında isə iki dəfə uçuş həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi