Nazir müavini: "​Aprel döyüşləri Ermənistana sərmayə qoyuluşuna mənfi təsir göstərib"

Nazir müavini: "​Aprel döyüşləri Ermənistana sərmayə qoyuluşuna mənfi təsir göstərib" Robert Arutyunayn: "Qeyri-sabitlik Ermənistana sərmayə qoyulmasında problem yaradır"
Region
15 İyul , 2016 13:44
Nazir müavini: ​Aprel döyüşləri Ermənistana sərmayə qoyuluşuna mənfi təsir göstərib

Bakı. 15 iyul. REPORT.AZ/ "Aprel döyüşləri Ermənistana xarici sərmayə qoyulmasına mənfi təsir göstərib".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Robert Arutyunayn iyulun 15-də Yerevanda jurnalistlərə bildirib.

"İş adamlarının qənaətincə, Ermənistandakı qeyri-sabitlik sərmayə qoyulmasında problem yaradır", - deyə nazir müavini vurğulayıb.

R.Arutyunayn deyib ki, ölkəsinin xaricdəki diplomatik korpusu sərmayədarlara hadisələrin Ermənistandan kənarda olduğunu söyləməlidirlər.

Son xəbərlər

Orphus sistemi