Ceyms Appaturay: "NATO və Gürcüstan yayda birgə təlimlər keçirəcək"

Ceyms Appaturay: "NATO və Gürcüstan yayda birgə təlimlər keçirəcək" "Gürcüstan, Ukrayna və Moldova Rusiya tərəfindən təzyiqlərə məruz qalır"
Region
30 Mart , 2015 18:14
Ceyms Appaturay: NATO və Gürcüstan yayda birgə təlimlər keçirəcək

Bakı. 30 mart. REPORT.AZ/ NATO və Gürcüstan 2015-ci ilin yayında birgə təlimlər keçirəcək. "Report" "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, bu barədə Alyansın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay "Gürcüstan Atlantik Şurası" qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunan onlayn müsahibəsində bildirib. 

"Bizim mütəxəssislər birgə təlim mərkəzinin yaradılmasında Gürcüstana yardım edir. Biz bu yaxınlarda ölkəyə gələcək əsas qrupun üzvlərini müəyyən etmişik və bu yay Gürcüstanda birgə təlimlər keçirəcəyik", - C.Appaturay qeyd edib. 

"Biz Gürcüstan, Ukrayna və Moldova siyasi kurslarını dəyişdirmək və onları Moskva orbitinə qaytarmaq məqsədilə Rusiya tərəfindən təzyiqlərə məruz qalması haqqında fikirlərlə razıyıq. Biz həmçinin inanırıq ki, hər 3 ölkə öz müdafiə qüdrətini artırmaq üçün daha böyük dəstək almalıdır. Deyə bilərəm ki, Gürcüstan hazırda öz müdafiə qabiliyyətini artırmaq üçün NATO-dan böyük yardım alır ", - C.Appaturay onlayn müsahibə zamanı bildirib. 

Son xəbərlər

Orphus sistemi