Bakı. 31 yanvar. REPORT.AZ/ “Ötən il Rusiyada 40-dan artıq terror aktının qarşısı alınıb”.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Milli Antiterror Komitəsi (MAK) yayıb.
Komitədən bildirilib ki, ötən iki ildə ölkə ərazisində terror cinayətlərinin sayı iki dəfə azalıb.
Xəbərə görə, 2016-cı ildə 140-dan çox terrorçu və cinayətkar dəstələrin 24 başçısı zərərsizləşdirilib. Terror fəaliyyəti ilə məşğul olan 2 mindən çox insanın bank hesabları bağlanıb.