Antalyada hava limanını partladacağı ilə hədələyən şəxs yaxalanıb

Antalyada hava limanını partladacağı ilə hədələyən şəxs yaxalanıb O, yoxlama zamanı üzərində bomba olduğunu bildirərək qışqırmağa başlayıb
Region
2 Yanvar , 2017 15:58
Antalyada hava limanını partladacağı ilə hədələyən şəxs yaxalanıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya şəhər aeroportunun təhlükəsizlik xidməti hava limanını partladacağı ilə hədələyən şəxsi yaxalayıb.

"Report" xəbər verir ki, bu barədə "Haberturk" telekanalı məlumat yayıb.

Sözügedən şəxs aeroportda yoxlamadan keçən zaman üzərində partlayıcı qurğunun olduğunu bildirərək qışqırmağa başlayıb. Kişi dərhal yaxalanıb.

Telekanalın məlumatına görə, saxlanılan şəxs Suriya vətəndaşıdır.

Son xəbərlər

Orphus sistemi