Yuxarı

​Ankaradakı terrorun məsuliyyətini üzərinə götürən qrupun adı məlum olub

Bu haqda Reuters məlumat yayıb

Bakı. 17 mart. REPORT.AZ/ Ankarada törədilən terrorun məsuliyyətini terrorçu PKK-ya yaxın qrup üzərinə götürüb.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Məlumata görə, bu terrorçu qruplaşmanın adı "TAK"dır ("Kürdüstan Azadlıq Şahinləri").
Fevralın 17-də Ankarada törədilən terrorun məsiliyyətini də bu qruplaşma öz üzərinə götürmüşdü.

Qeyd edək ki, terrorçu PKK-nın Suriyadakı qolları "PYD" və "YPG" də bu qruplaşmanın qolları sayılır.

Xatırladaq ki, martın 13-də Türkiyənin paytaxtı Ankarada törədilən terror nəticəsində 35 nəfər həyatını itirib, 122 nəfər isə yaralanıb. Terroru törədən hər iki terrorçu da hadisə yerində məhv olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi