Yuxarı
    Bağlamaq

    ​Ankaradakı terrorla bağlı tutulan şübhəlilərin sayı 17-yə çatıb

    Əhməd Davudoğlu bu terrorla bağlı heç kimin göz yaşına rəhm edilməyəcəyini bəyan edib

    Bakı. 19 fevral. REPORT.AZ/ Fevralın 17-də Ankarada törədilən terrorla bağlı tutulanların sayı 17-yə çatıb.

    "Report"un xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

    Belə ki, bu gün keçirilən əməliyyat nəticəsində tutulan şübhəlilərin sayı artıb.

    Qeyd edək ki, ötən gün ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan onların sayının 14 olduğunu, ancaq bunun da son rəqəm olmayacağını bildirmişdi.

    Türkiyənin baş naziri Əhməd Davudoğlu isə bu terrorla bağlı heç kimin göz yaşına rəhm edilməyəcəyini, günahkarların cəzalandırılacağını bəyan edib.

    Xatırladaq ki, fevralın 17-də törədilən terror nəticəsində 28 nəfər həyatını itirib, 61 nəfər isə yaralanıb. Hadisəni terrorçu PKK-nın Suriyadakı qollar "PYD" və "YPG" törətdiyi bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi