Yuxarı
    Bağlamaq

    Ankarada Türkiyənin xarici ölkələrdəki səfirlərinin 8-ci konfransı keçirilir

    Konfransda Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun da iştirak edir

    Bakı. 13 yanvar. REPORT.AZ/ Ankarada Türkiyənin xarici ölkələrdəki səfirlərinin 8-ci konfransı keçirilir.

    "Report"un məlumatına görə, konfransda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, baş nazirin müavini Niman Kurtulmuş, TİKA, AFAD, YTB və başqa təşkilatların nümayəndələri iştirak edir.

    İştirakçılar ən aktual regional məsələləri, xarici siyasətlə bağlı ötən ilin yekunlarını, eləcə də 2016-cı il üçün müəyyən edilmiş məqsədləri müzakirə edir.

    Qeyd edək ki, konfransda Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun da iştirak edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi