Ankarada Türkiyə və Qazaxıstan prezidentləri arasında təkbətək görüş keçirilib

Ankarada Türkiyə və Qazaxıstan prezidentləri arasında təkbətək görüş keçirilib İki ölkə arasında strateji əməkdaşlığın bir sıra istiqamətlərdə gücləndirilməsinin perspektivləri müzakirə edilib
Region
5 Avqust , 2016 17:39
Ankarada Türkiyə və Qazaxıstan prezidentləri arasında təkbətək görüş keçirilib

Bakı. 5 avqust. REPORT.AZ/ Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında təkbətək görüş keçirilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçıları ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, Türkiyə-Qazaxıstan strateji əməkdaşlığının bir sıra istiqamətlərdə gücləndirilməsinin perspektivlərini, həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər. 

Son xəbərlər

Orphus sistemi