​Ankarada Türkiyə və İran prezidentləri arasında görüş keçirilib

​Ankarada Türkiyə və İran prezidentləri arasında görüş keçirilib Onlar Türkiyə-İran 3-cü Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısına qatılıblar
Region
16 Aprel , 2016 14:46
​Ankarada Türkiyə və İran prezidentləri arasında görüş keçirilib

Bakı. 16 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının XIII zirvə toplantısı başa çatdıqdan sonra aprelin 16-da Ankarada İran prezidenti Həsən Ruhanini qəbul edib.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

İnformasiyada bildirilib ki, Həsən Ruhaninin Türkiyə səfəri çərçivəsində iki ölkə arasındakı iqtisadi, sosial və mədəni əlaqələrin genişlənməsi, habelə Suriya və İraqdakı vəziyyət müzakirə edilib.

Məlumata görə, prezidentlər təkbətək görüşdükdən sonra Türkiyə-İran 3-cü Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısına qatılıblar. Bundan sonra iki ölkə arasında bir sıra sahələrə dair sənədlər imzalanıb.

Son xəbərlər

Orphus sistemi