​Ankarada törədilən terror aktı ilə bağlı 11 nəfər şübhəli şəxs tutulub

​Ankarada törədilən terror aktı ilə bağlı 11 nəfər şübhəli şəxs tutulub Onlardan 8-i partlayışın bilavasitə törədilməsində şübhəli bilinir
Region
15 Oktyabr , 2015 17:44
​Ankarada törədilən terror aktı ilə bağlı 11 nəfər şübhəli şəxs tutulub

Bakı. 15 oktyabr. REPORT.AZ/ Türkiyə paytaxtı Ankarada dəmiryol vağzalında törədilən terrorla bağlı 11 şübhəli şəxs həbs edilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ankara Təhlükəsizlik İdarəsinin Terrorçuluğa qarşı Mübarizə Şöbəsindən bildirlib.

Məlumata görə, onlardan 3-ü "Twitter" sosial şəbəkəsində hadisədən öncə terrora dair mesaj paylaşdıqları üçün tutulublar.

Xəbərdə bildirlib ki, 8 nəfər isə partlayışın törədilməsində şübhəli bilinərək həbs ediliblər. 

Son xəbərlər

Orphus sistemi