​Ankarada törədilən terrorda istifadə edilən avtomobillə bağlı 6 nəfər tutulub

​Ankarada törədilən terrorda istifadə edilən avtomobillə bağlı 6 nəfər tutulub Avtomobilin sahibi "BMW"ni Şanlıurfada maşın salonuna satdığını bildirib
Region
14 Mart , 2016 16:59
​Ankarada törədilən terrorda istifadə edilən avtomobillə bağlı 6 nəfər tutulub

Bakı. 14 mart. REPORT.AZ/ Ankarada törədilən terrorda istifadə olunan "BMW" markalı avtomobilin sahibləri 70 yaşlı qadın və onun həyat yoldaşı, onlardan maşını alıb satan salonun 4 işçisi Türkiyənin Şanlıurfa şəhərində tutulub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Avtomobilin sahibi "BMW"ni Şanlıurfada maşın salonuna satdığını bildirib. O deyib ki, avtomobili 20 gün əvvəl bir nəfərə satıb. Polisin araşdırması nəticəsində fevralın 25-də maşının Şanlıurfadan Diyarbəkirə aparıldığı məlum olub.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Şanlıurfa şəhərinin yaşlı sakininə məxsus olan avtomobilin bu il yanvarın 10-da oğurlanaraq, elə həmin gün Diyarbəkirə aparıldığı haqda məlumat yayılmışdı.

Martın 13-də Ankarada törədilən terror nəticəsində 37 nəfər (ikisi terrorçu) ölüb, 125 nəfər isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi