​Ankarada törədilən terror nəticəsində ölənlərin sayı artıb

​Ankarada törədilən terror nəticəsində ölənlərin sayı artıb Hazırda 15-nin vəziyyəti ağır olmaqla yaralıların sayı 125-dir
Region
14 Mart , 2016 12:06
​Ankarada törədilən terror nəticəsində ölənlərin sayı artıb

Bakı. 14 mart. REPORT.AZ/ Ankarada törədilən terror nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bildirib.

Məlumata görə, hadisə yerində 30 nəfər həyatını itirib, 7 yaralı isə xəstəxanada dünyasını dəyişib. Hazırda 15-nin vəziyyəti ağır olmaqla yaralıların sayı 125-dir.

Qeyd edək ki, martın 13-də Bakı vaxtı ilə saat 20:45-də Ankaranın "Kızılay" meydanı yaxınlığında terror aktı törədilib.

Son xəbərlər

Orphus sistemi