Yuxarı

Türkiyə DİN: Ankarada partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb- YENİLƏNİB - FOTO

126 nəfər yaralanıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Ankarada dəmiryol stansiyasıjnda baş verən iki partlayış nəticəsində ölənlərin sayı 30-a , yaralananların sayı isə 126-ya çatıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, bu gün Ankaranın Səhiyyə meydanında "Savaşın yerinə, Sülh, Əmək, Demokratiya" şüarı altında mitinq keçiriləcəkdi. Mitinqə gələnlərin qatar stansiyasında toplaşması qərarlaşdırılıb.

Məlumata əsasən, partlayışlar intiharçı-terrorçunun özünü partlatması nəticəsində baş verib.

*** 13:18

Ankarada dəmiryol stansiyasında törədilən iki terror aktı nəticəsində azı 20 nəfər ölüb. 

"Report" "Doğan" agentliyinə istinadən xəbər verir ki, partlayış zamanı 100-dən çox adam yaralanıb.

Xatırladaq ki, bu gün Ankaranın Səhiyyə meydanında "Savaşın yerinə, Sülh, Əmək, Demokratiya" şüarı altında mitinq keçiriləcəkdi. Mitinqə gələnlərin qatar stansiyasında toplaşması qərarlaşdırılıb.

Məlumata əsasən, partlayışlar intiharçı-terrorçunun özünü partlatması nəticəsində baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi