Bakı. 14 mart. REPORT.AZ/ Ankarada törədilən terrorda istifadə olunan "BMW" markalı avtomobil bu il yanvarın 10-dan axtarışda olub.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Türkiyənin Şanliurfa şəhərinin yaşlı sakininə məxsus olan avtomobil bu il yanvarın 10-da oğurlanaraq, elə həmin gün Diyarbəkirə aparılıb.
Xəbərdə bildirilib ki, fevralın 27-də Ankara polisi şəhərin "Kızılay" bölgəsində mina quraşdırılmış avtomobili axtarırmış.
Qeyd edək ki, martın 13-də Ankarada törədilən terror nəticəsində 34 nəfər (ikisi terrorçu) ölüb. Məlumata əsasən, bu hadisəni biri qadın olmaqla iki nəfər törədib. Partlayış nəticəsində onların da öldüyü bildirilir.