​Ankarada terrorda istifadə olunan avtomobilin sahibi məlum olub

​Ankarada terrorda istifadə olunan avtomobilin sahibi məlum olub Bu hadisəni biri qadın olmaqla iki nəfər törədib
Region
14 Mart , 2016 10:16
​Ankarada terrorda istifadə olunan avtomobilin sahibi məlum olub

Bakı. 14 mart. REPORT.AZ/ Ankarada törədilən terrorda istifadə olunan "BMW" markalı avtomobil bu il yanvarın 10-dan axtarışda olub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Türkiyənin Şanliurfa şəhərinin yaşlı sakininə məxsus olan avtomobil bu il yanvarın 10-da oğurlanaraq, elə həmin gün Diyarbəkirə aparılıb.

Xəbərdə bildirilib ki, fevralın 27-də Ankara polisi şəhərin "Kızılay" bölgəsində mina quraşdırılmış avtomobili axtarırmış.

Qeyd edək ki, martın 13-də Ankarada törədilən terror nəticəsində 34 nəfər (ikisi terrorçu) ölüb. Məlumata əsasən, bu hadisəni biri qadın olmaqla iki nəfər törədib. Partlayış nəticəsində onların da öldüyü bildirilir.

Son xəbərlər

Orphus sistemi