Ankarada terror aktında ölənlərin sayı 34 nəfərə çatıb - YENİLƏNİB -5 - FOTO

Ankarada terror aktında ölənlərin sayı 34 nəfərə çatıb - YENİLƏNİB -5 - FOTO Zərərçəkənlər arasında Azərbaycan vətəndaşının olması barədə məlumat qeydə alınmayıb
Region
14 Mart , 2016 01:28
Ankarada terror aktında ölənlərin sayı 34 nəfərə çatıb - YENİLƏNİB -5 - FOTO

Bakı. 13 mart. REPORT.AZ/ Ankaranın "Kızılay" meydanının yaxınlığında Bakı saatı ilə 20:45-də törədilən terror aktı nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

Azı 125 nəfər yaralanıb. "Report"un məlumatına görə, bunu Türkiyənin Səhiyyə Naziri Mehmet Muezzinoğlu bildirib.

Onun sözlərinə görə, hadisə yerində 30 nəfər həlak olub, daha dörd nəfər xəstəxanalarda dünyasını dəyişib. Nazir qeyd edib ki, ölənlər arasında bir və ya iki nəfər terrorçu da olub.

*** 22.58

Bakı. 13 mart. REPORT.AZ/ Ankarada baş vermiş partlayışda zərərçəkənlər arasında Azərbaycan vətəndaşının olması barədə məlumat qeydə alınmayıb.

Bu barədə Azərbaycanın Ankaradakı səfir Faiq Bağırov AZƏRTAC-a açıqlamasında bildirib.

Qeyd edib ki, məsələ ilə əlaqədar olaraq, səfirlikdə qaynar xətt yaradılıb. Araşdırmalar davam etdirilir.

*** 22.51

Bakı. 13 mart. REPORT.AZ/ Ankaranın "Kızılay" meydanının yaxınlığında Bakı saatı ilə 20.45-də törədilən terror aktı nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

Ankara Valiliyinin məlumatına görə, hadisə yerində 23 nəfər ölüb, daha dörd nəfər xəstəxanalara aparılarkən dünyasını dəyişib.

Partlayış nəticəndə 75 nəfər yaralanıb.

*** 22.33

Bakı. 13 mart. REPORT.AZ/ Türkiyə baş naziri Əhməd Davudoğlunun sədrliyi ilə Ankaradakı partlayışa həsr olunan təcili iclas keçiriləcək.

"Report" "Anadolu Agentliyinə" istinadən xəbər verir ki, iclasda hökumət üzvləri və təhlükəsizlik strukturlarının nümayəndələri iştirak edəcək.

*** 22.11

Bakı. 13 mart. REPORT.AZ/ Ankara Valiliyi Bakı saatı ilə 20:45-də baş verən partlayış nəticəsində 25 nəfərin öldüyünü, 75 nəfərin isə yaralandığını açıqlayıb.

Türkiyənin Daxili işlər naziri Efkan Ala prezident Rəcəb Tayyip Ərdoğana hadisə ilə bağlı telefonla məlumat verib.

***21.40

Bakı. 13 mart. REPORT.AZ/ Ankaranın "Kızılay" rayonunda Bakı saatı ilə 20:45-də baş verən partlayış nəticəsində ölənlərin olduğu bildirilir.

"Report"un NTV telekanalına istinadən verdiyi xəbərə görə, partlayış "Güven Parkı" adlanan ərazidəki avtobus dayanacağında qeydə alınıb.

İlkin məlumata görə, partlayıcı maddə ilə doldurulmuş avtomobil partladılıb. Yaralılar paytaxtdakı 10 müxtəlif xəstəxanaya çatdırılır.

Türkiyə hökuməti Ankaradakı partlayışla bağlı xəbərlərin yayımlanmasına müvəqqəti qadağa qoyub.

*** 21.04

Bakı. 13 mart. REPORT.AZ/ Türkiyə paytaxtının "Kızılay" rayonunda güclü partlayış olub.

"Report"un NTV telekanalına istinadən verdiyi xəbərə görə, hadisə zamanı çox sayıda insanın xəsarət aldığı bildirilir.

Partlayışın səbəbi hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi