Ankarada TBMM-in binası qarşısında etiraz aksiyası keçirilib

Ankarada TBMM-in binası qarşısında etiraz aksiyası keçirilib Bir qrup parlamentin binasına daxil olmaq istəyib
Region
9 Yanvar , 2017 15:05
Ankarada TBMM-in binası qarşısında etiraz aksiyası keçirilib

Bakı. 9 yanvar. REPORT.AZ/ Cümhuriyyət Xalq Partiyasının (CHP) çağırışı əsasında Ankarada Böyük Millət Məclisinin binası qarşısında etiraz aksiyası keçirilib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bir qrup aksiya iştirakçısı parlamentin binası daxil olmaq istəyib. Ancaq polis onların qarşısını alıb.

Məlumata görə, aksiya Konstitusiyaya ediləcək dəyişikliyə etiraz olaraq keçirilib.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyasının hazırladığı və Milliyyətçi Hərəkat Partiyasının dəstəklədiyi Konstitusiyaya dəyişikliklə əlaqədar referendumun bu ilin aprelində keçirilməsi nəzərdə tutulub.  

Son xəbərlər

Orphus sistemi