Ankarada seçkilərdə təxribat yaratmağı planlaşdıran 11 PKK-çı saxlanılıb

Ankarada seçkilərdə təxribat yaratmağı planlaşdıran 11 PKK-çı saxlanılıb Bakı. 24 iyun. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankarada bu gün ölkədə keçiriləcək prezident və parlament seçkilərində təxribat yaratmaq hazırlığında şübhəli bilinən 11 PKK-çı saxlanılıb.
Region
24 İyun , 2018 02:23
Ankarada seçkilərdə təxribat yaratmağı planlaşdıran 11 PKK-çı saxlanılıb

Bakı. 24 iyun. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankarada bu gün ölkədə keçiriləcək prezident və parlament seçkilərində təxribat yaratmaq hazırlığında şübhəli bilinən 11 PKK-çı saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Agentliyin xəbərində bildirilir ki, bununla bağlı əməliyyat Ankaranın Antiterror İdarəsi tərəfindən keçirilib. Məlumata görə, PKK üzvləri qrup tərkibində təxribata hazırlığı müzakirə ediblər.

Agentlik həmçinin İzmir şəhərində prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə şübhəli bilinən 6 nəfərin də saxlanıldığını bildirib. 

Son xəbərlər

Orphus sistemi