Yuxarı
    Bağlamaq

    Ankarada “Saxta “erməni məsələsi” və həqiqətlər” mövzusunda konfrans keçirilib

    Konfransı Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi təşkil edib

    Bakı. 13 May. REPORT.AZ/ Ankarada “Saxta “erməni məsələsi” və həqiqətlər” mövzusunda keçirilən elmi konfransda Azərbaycanın və Türkiyənin tanınmış tarixçi alimləri, siyasətçilər, ictimai xadimlər, gənc tədqiqatçılar iştirak ediblər.

    "Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Türkiyənin nüfuzlu analitik mərkəzlərindən biri hesab edilən və erməni məsələsi ilə bağlı çoxistiqamətli tədqiqatlar aparan, çoxlu sayda nəşrlər hazırlayan Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi konfransı açan mərkəzin rəhbəri, sabiq nazir Həsən Cəlal Gözəl ermənilərin Türkiyəyə qarşı irəli sürdüyü ittihamların heç bir əsası olmadığını bildirib. Türkiyənin hətta hərbi arxivlərini belə açmağa hazır olduğunu xatırladan natiq diqqətə çatdırıb ki, ermənilər şəffaf müzakirələrdən qorxduqları üçün 1915-ci il hadisələri ilə bağlı saxta məlumatlarla böhtan kampaniyası aparmağa üstünlük verirlər.

    Konfransda çıxış edən Giresun Universitetinin rektoru, Azərbaycan əsilli tarixçi alim, professor Aygün Attar və tanınmış tədqiqatçı Kamal Çiçək əsl soyqırımlarının müxtəlif dövrlərdə Şərqi Anadoluda və Azərbaycanda məhz ermənilər tərəfindən törədildiyi barədə tarixi faktları konfrans iştirakçılarının diqqətinə çatdırıblar.

    Sabiq səfir Necati Utkan ermənilərin türk diplomatlarına qarşı törətdikləri terror aktları, Türkiyə Böyük Millət Məclisinin üzvü Hüseyn Çelik isə ermənilərin Van vilayətində həyata keçirdikləri kütləvi qırğınlar barədə məlumat veriblər. H.Çelik faktlar və məntiqi mülahizələrlə əsaslandırıb ki, erməni millətçiləri və din xadimlərinin Azərbaycana, Türkiyəyə qarşı düşmənçiliyindən səfalət içində olan Ermənistanın əhalisi əziyyət çəkir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi