Ankarada Rusiya səfirinin öldürüldüyü sərginin təşkilatçısı saxlanılıb

Ankarada Rusiya səfirinin öldürüldüyü sərginin təşkilatçısı saxlanılıb O, qatilin açılışdan 3 gün əvvəl sərgi binasına gəldiyini deməsi ilə əlaqədar saxlanıla bilər
Region
19 Yanvar , 2017 00:06
Ankarada Rusiya səfirinin öldürüldüyü sərginin təşkilatçısı saxlanılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyə polisi yanvarın 17-də Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlə yetirildiyi sərginin təşkilatçısını saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "Hürriyet Daily News" qəzeti yazıb.

Tədbir təşkilatçısı bir müddət əvvəl bildirib ki, səfirin qatili Mövlud Mərd Altındaş sərgi başlanmazdan üç gün əvvəl tədbirin keçiriləcəyi binada olub. Bu bəyanat onun dindirilmək üçün saxlanmasına səbəb ola bilər.

Səfir Andrey Karlov 19 dekabr 2016-cı il tarixində axşam Ankarada keçirilən sərginin açılışında çıxışı zamanı güllələnərək qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi