Yuxarı

Ankarada qəzet redaksiyasına silahlı hücuma dair xəbərlər təkzib olunub

Ofisin pəncərələrində yaranan çatlar texniki səbəbdən baş verib

Bakı. 13 dekabr. REPORT.AZ/ Türkiyə rəsmiləri “Hürriyet” qəzetinin Ankaradaki redaksiyasının yerləşdiyi ofisin atəşə tutulmasına dair xəbərləri təkzib ediblər.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Ankara valiliyinin əməkdaşları bildirib ki, ofisin pəncərələrində yaranan çatlar texniki səbəbdən baş verib, сinayətkarların guya hərəkətdə olan avtomobildən atəş açmasına dair məlumatlar isə əsassız adlandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi