Ankarada partlayış olub, xəsarət alanlar var

Ankarada partlayış olub, xəsarət alanlar var Bakı. 3 dekabr. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankara şəhərində partlayış baş verib.
Region
3 Dekabr , 2018 21:38
Ankarada partlayış olub, xəsarət alanlar var

Bakı. 3 dekabr. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankara şəhərində partlayış baş verib.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb.

Partlayışa qaz sızması səbəb olub. Hadisə zamanı 7 nəfər xəsarət alıb. Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Xəsarət alanlardan 3-ünə hadisə yerində tibbi yardım göstərilib, digər 4 nəfər isə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Partlayışdan sonra kafedə yanğın baş verib. Lakin əraziyə cəlb edilən yanğınsöndürənlər alovun qarşısını alıblar. 

Son xəbərlər

Orphus sistemi