Ankarada partlayış nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb - YENİLƏNİB

Ankarada partlayış nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb - YENİLƏNİB Terror aktı nəticəsində 45 nəfər yaralanıb
Region
17 Fevral , 2016 23:33
Ankarada partlayış nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 17 fevral. REPORT.AZ/ Ankarada partlayış nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb, 61 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyən baş nazirinin müavini Numan Kurtulmuş məlumat verib.

***22:40

Ankarada partlayış nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, terror aktı nəticəsində 45 nəfər yaralanıb.

***21:35

Türkiyənin paytaxtı Ankarada hərbçilərin yataqxanası yaxınlığında baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

İlkin məlumatlara görə, bomba yataqxana yaxınlığında dayanmış avtomobildə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi