Ankarada Ərdoğanın iştirakı ilə Suriya müzakirələri aparılıb

Ankarada Ərdoğanın iştirakı ilə Suriya müzakirələri aparılıb Dövlət başçısı Suriyadan Türkiyəyə gələn qaçqınlar mövzusuna xüsusi diqqət yetirib
Region
18 İyun , 2015 02:56
Ankarada Ərdoğanın iştirakı ilə Suriya müzakirələri aparılıb

Bakı. 18 İyun. REPORT.AZ/ Türkiyə prezidentinin Ankaradakı igamətgahında Suriyada baş verən son qanlı döyüşlər mövzusu müzakirə predmeti olub.

"Report"un Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ötən axşam aparılan müzakirələrə hökümət üzvləri də qatılıb.

Dövlət başçısının xüsusi ilə Suriyadan Türkiyəyə gələn qaçqınlarla bağlı fikir mübadiləsi apardığı bildirilir.

Qeyd edək ki, ötən həftə kürd döyüşçüləri "İslam Dövləti" qruplaşmasının Suriya-Türkiyə sərhəddi yaxınlığında nəzarət etdiyi Tal Abyad şəhərinə yaxınlaşıblar.

Son xəbərlər

Orphus sistemi