Ankarada Ərdoğan - Tillerson görüşü başa çatıb

Ankarada Ərdoğan - Tillerson görüşü başa çatıb Bakı. 16 fevral. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ABŞ-ın dövlət katibi Reks Tillersonu qəbul edib.
Region
16 Fevral , 2018 00:14
Ankarada Ərdoğan - Tillerson görüşü başa çatıb

Bakı. 16 fevral. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ABŞ-ın dövlət katibi Reks Tillersonu qəbul edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşün 3 saat 15 dəqiqə davam etdiyi bildirilir. 

Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib. Türkiyə mətbuatının məlumatına görə, görüşün əsas müzakirə mövzuları ABŞ-ın Suriyada PYD və PKK-a dəstəyi, ikitərəfli münasibətlər, həmçinin beynəlxalq gündəm olub. 

Bu gün Tillersonla Çavuşoğlu arasında da təkbətək görüş olacaq. Görüş başa çatdıqdan sonra diplomatiya rəhbərlərinin birgə mətbuat konfransı keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi