​Ankarada daha 117 hərbçi həbs olunub

​Ankarada daha 117 hərbçi həbs olunub Onların arasında Prezident Qvardiya Alayından zabitlər də var
Region
29 İyul , 2016 06:02
​Ankarada daha 117 hərbçi həbs olunub

Bakı. 29 iyul. REPORT.AZ/ Fetullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdinin ardından Ankara Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan daha 117 hərbçi həbs olunub.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, polisdəki proseslərin ardından Ankara Ədliyyəsinə gətirilən və prokurorluq tərəfindən dindirilmələri başa çatan, aralarında zabitlərin də olduğu 158 hərbçidən 157-si həbs olunmaları tələbilə Sülh Cəza Hakimliyinə aparılıb.

Bir hərbçi isə prokurorluq dindirilməsindən sonra sərbəst buraxılıb. Hərbçilərin 117-si məhkəmə zalında həbs olunub. Şübhəlilərdən 22 nəfəri nəzarət olunmaq şərti ilə azad edilib. Digər 18 hərbçinin məhkəmə prosesi sabah davam etdiriləcək. Həbs olunan hərbçilər arasında Prezident Qvardiya Alayından zabitlərin də olduğu qeyd edilir.

Son xəbərlər

Orphus sistemi