Ankarada bir polisin şəhid olduğu hadisənin təfərrüatı məlum olub - YENİLƏNİB

Ankarada bir polisin şəhid olduğu hadisənin təfərrüatı məlum olub - YENİLƏNİB Bakı. 19 dekabr. REPORT.AZ/ Ankaranın Gölbaşı rayonunda bir polisin şəhid olduğu hadisənin təfərrüatı məlum olub. 
Region
19 Dekabr , 2017 12:22
Ankarada bir polisin şəhid olduğu hadisənin təfərrüatı məlum olub - YENİLƏNİB
AA/ Abdulhamit Topal

Bakı. 19 dekabr. REPORT.AZ/ Ankaranın Gölbaşı rayonunda bir polisin şəhid olduğu hadisənin təfərrüatı məlum olub. 

“Report” "Haberler"ə istinadən xəbər verir ki, hadisə ilə bağlı Ankara valiliyi açıqlama yayıb. 

“Hadisə dekabrın 19-da səhər saatlarında Gölbaşı rayonunda baş verib. Asayiş yoxlaması aparan polis əməkdaşları Siirt-İstanbul sərnişin avtobusunu saxladıblar. Avtobusda şəxsiyyət vəsiqələrinin yoxlanılması aparılarkən salonda arxa oturacaqda əyləşmiş bir qadın və iki kişi özünü şübhəli aparıblar. Polis əməkdaşları onların avtobusdan düşməsini istəyiblər. Şübhəli kişilərdən biri avtobusdan enən kimi qaçmağa başlayıb. Polis əməkdaşlarından bir onun ardınca qaçıb. Başqa bir asayiş keşikçisi isə həmin şübhəliyə xəbərdarlıq atəşi açıb. Nəticədə güllə şübhəlinin ardınca qaçan polisə dəyib və polis əməkdaşı Hakan Can hadisə yerində vəfat edib”, - açıqlamada vurğulanıb. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində qaçan şübhəli tutulub. 


*** 09:39

Türkiyə paytaxtı Ankaranın Gölbaşı rayonunda təhlükəsizlik əməkdaşlarına silahlı hücum nəticəsində bir polis həlak olub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, asayiş keşikçiləri paytaxtda sərnişin avtobusunu dayandırıblar və yoxlama aparıblar. 

Bu zaman bir nəfər şübhəli sərnişin avtobusdan düşürdülüb. O, gözlənilmədən polis əməkdaşlarına atəş açıb. Atəş nəticəsində bir polis əməkdaşı ağır yaralanıb. Yaralı polis xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə çoxlu sayda xüsusi təyinatlı polis cəlb olunub.

Polisə atəş açan şəxsin həbs olunması üçün əməliyyat-axtarış tədbirləri keçirilir. 

Son xəbərlər

Orphus sistemi