Ankarada baş verən ağır yol qəzasında 5 nəfər ölüb

Ankarada baş verən ağır yol qəzasında 5 nəfər ölüb Paytaxtın Akyurt rayonunda betonqarışdıran avtomobillə minik maşını toqquşub
Region
27 Mart , 2017 10:28
Ankarada baş verən ağır yol qəzasında 5 nəfər ölüb

Bakı. 27 mart. REPORT.AZ/ Türkiyə paytaxtı Ankarada betonqarışdıran avtomobillə minik maşınının toqquşması nəticəsində 5 nəfər ölüb, bir nəfər yaralanıb.

“Report” "Haber7"yə istindən xəbər verir ki, hadisə paytaxtın Akyurt rayonunda baş verib. 

Ölənlərin hamısı minik avtomobilinin sərnişinləridir.

Betonqarışdıran maşının sürücüsü isə xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi