Yuxarı

​Ankarada avtobus qəzası baş verib, 12 nəfər ölüb - ƏLAVƏ OLUNUB

Avtobusun altında qalan yaralılar xəstəxanaya yerləşdiriliblər

Bakı. 1 oktyabr. REPORT.AZ/ Ankara valisi Mehmet Kılıçılar bildirib ki, ölənlərin sayı 12 nəfərə çatıb. 8 nəfər isə yaralanıb. Məlumata görə, əyləc sistemi işləməyən avtobus dayanacaqda duran insanların üstündən keçib və onları təxminən 50 metr sürüyüb.

***

Ankarada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə əyləcin tutmaması səbəbindən baş verib. Nəticədə avtomobil avtobus dayanacağına girərərək orada dayanan insanlara çırpılıb.

Avtobusun altında qalan yaralılar xəstəxanaya yerləşdiriliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi