Ankarada FETÖ-nün dövlət çevrilişinə cəhdi işi ilə bağlı 49 nəfər həbs edilib

Ankarada FETÖ-nün dövlət çevrilişinə cəhdi işi ilə bağlı 49 nəfər həbs edilib Onlar Sincan Cəzaçəkmə müəssisəsinə göndərilib
Region
23 Avqust , 2016 01:12
Ankarada FETÖ-nün dövlət çevrilişinə cəhdi işi ilə bağlı 49 nəfər həbs edilib

Bakı. 23 avqust. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankara şəhərində Fətullahçı terror təşkilatı FETÖ-nün dövlət çevrilişinə cəhdi ilə bağlı aparılan istintaq prosesi çərçivəsində şübhəli şəxs kimi saxlanılmış 10 hərbi hakim və prokurordan 8-i həbs edilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ankara Cümhuriyyəti Baş Prokurorluğunun təlimatı ilə nəzarət altına alınmış şübhəlilərin işi məhkəməyə göndərilib.

Cümhuriyyət prokurorlarına ifadə verən şəxslərin 8-i barədə məhkəmə həbs qərarı çıxarıb.

"Habertürk"ün isə məlumatına görə, Ankara Cümhuriyyəti Baş Prokurorluğunun FETÖ-nün dövlət çevrilişinə cəhdi ilə bağlı istintaqı zamanı saxlanılan, aralarında hərbçi, həkim, müəllim, "TRT-də çalışanların da olduğu 50 nəfərdən 49-u həbs edilib. 

Həbs edilənlər Sincan Cəzaçəkmə müəssisəsinə göndərilib, 1 nəfər isə şərti azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi