​Ankarada "78 milyon - hamımız Türkiyəyik!" şüarı ilə mitinq keçiriləcək

​Ankarada "78 milyon - hamımız Türkiyəyik!" şüarı ilə mitinq keçiriləcək Aksiya təşkilatçıları: "Terrora "yox", qardaşlığa "hə" deyirik"
Region
14 Sentyabr , 2015 15:43
​Ankarada 78 milyon - hamımız Türkiyəyik! şüarı ilə mitinq keçiriləcək

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Birlikdə olmaq günüdür. Bizi bir-birimizə düşmən etmək istəyənlərə qarşı hamımız birlikdə müqavimət göstərməliyik. 78 milyon - hamımız Türkiyəyik! Fitnə-fəsad atəşini birlikdə söndürməliyik".

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu, Türkiyədəki qeyri-hökumət və həmkarlar təşkilatlarının sentyabrın 17-də keçirilməsi nəzərdə tutulan mitinqə çağırışında vuruğulanıb.

"Terrora "yox", qardaşlığa "hə" deyirik. Emosional çağırışları bir kənara qoymaq lazımdır. Bu zamanda soyuqanlı olaq. Çünki başqa Türkiyə yoxdur. Mitinqdə bu mesajı verəcəyik.

Aksiyada sadəcə ay-ulduzlu bayrağımızı qaldıracağıq. Qardaşlıq bağlarımızı zəiflətmək istəyənlər bilməlidir, bu torpaqların mayası çox güclüdür", - deyə müraciətdə vurğulanıb.

Qeyd edək ki, mitinq sentyabrın 17-də yerli vaxtla saat 16.30-da Ankarada Sıhiyyə Meydanında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi