Bakı. 3 avqust. REPORT.AZ/ Türkiyənin Ankara əyalətində 4,2 bal gücündə zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı "Haber Turk" telekanalı məlumat yayıb.
İnsidentin təfərrüatları hələ ki, məlum deyil. Tələfat və dağıntılar barədə məlumat yoxdur.